BP: "Şahdeniz" yatağında "Bravo" platforması tam gücü ilə işləyir İqtisadiyyat

BP: "Şahdeniz" yatağında "Bravo" platforması tam gücü ilə işləyir

"Şahdeniz" qaz-kondensat yatağında "Bravo" platforması tam gücü ilə işləyir.

Bu barədə "APA-Economics"ə açıqlamasında “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, platformada heç bir problem yoxdur.

""Alfa" platforması ilə səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşmişik. Bu səbəbdən də platformanı dayandırmalı olmuşuq. Platforma, oradakı insanlar və digər əlaqədar qurğular tam təhlükəsizdir", - Tamam Bayatlı qeyd edib.

O, bildirib ki, hazırda problemin mümkün qədər tez aradan qaldırılması üçün bütün lazımi işlər aparılır.