SOCAR-dan Türkiyədə şəbəkələrin satışı ilə bağlı açıqlama İqtisadiyyat
- 13 Yanvar 20:34
- 952
Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrə olunmuş sənaye qrupu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə”nin tərkibində fəaliyyət göstərən təbii qaz paylayıcı “Bursaqaz” və “Kayseriqaz” şirkətlərinin satışı ilə bağlı sövdələşmə yekunlaşdırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” məlumat yayıb.
Məlumata görə, “Bursaqaz” və “Kayseriqaz” şirkətləri satış prosesinin tamamlanması ilə bağlı yeni sahibi “AKSA Enerji” şirkəti tərəfindən idarə olunacaq.
Qeyd edək ki, 2019-cu ildən “SOCAR Türkiyə”nin idarəçiliyi altında fəaliyyət göstərən “Bursaqaz” və “Kayseriqaz” öz məsuliyyət zonalarında təxminən iki milyon abunəçiyə təbii qaz paylanması xidmətlərini göstərir. “Bursaqaz" 7 min kilometrdən çox şəbəkə vasitəsilə təxminən 1,2 milyon abunəçiyə xidmət göstərir və son istehlakçılara satış həcminə görə Türkiyənin dördüncü ən böyük qaz paylayıcı şirkətidir. “Kayseriqaz” isə 7 min kilometri aşan şəbəkə uzunluğu ilə 700 min abonenti təhlükəsiz təbii qaz ilə təmin edir.
Bu şirkətləri 2019-cu ildə aldıqdan sonra “SOCAR Türkiyə” onların infrastrukturunun inkişafına, xidmət keyfiyyətinin artırılmasına və innovasiyaların tətbiqinə əhəmiyyətli vəsait yatırıb. Nəticədə şirkətlər təkcə əməliyyat göstəricilərini yaxşılaşdırmayıb, həm də yeni ərazilərdə təbii qaza çıxışı təmin ediblər.
“Biz “Bursagaz” və “Kayserigaz”ın məsuliyyət zonasında olan bütün yaşayış məntəqələrini təbii qazla təmin etmək vədimizi yerinə yetirdiyimiz üçün qürur duyuruq. Bu şirkətlər inkişaf etmiş infrastrukturu, yüksək iş keyfiyyəti və əməkdaşların peşəkarlığı sayəsində investorların diqqətini cəlb edib. Satış qərarı uzunmüddətli strateji məqsədlərimizə uyğundur", - deyə “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov bu sövdələşməni şərh edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyəyə təxminən 18,5 milyard ABŞ dolları sərmayə qoyan "SOCAR Türkiyə" ölkənin ən böyük birbaşa xarici investoru olaraq qalır: “Şirkət neft-kimya sektorunun inkişafı da daxil olmaqla strateji əhəmiyyətli istiqamətlərə diqqət yetirəcək. Bu planlar çərçivəsində “SOCAR Türkiyə” artıq yeni neft-kimya layihələri üçün ilkin mühəndislik işlərinə (Pre-FEED və FEED) başlayıb. Biz Azərbaycan və Türkiyənin iqtisadi, sosial inkişafına və məşğulluğuna töhfə verən layihələri həyata keçirməyə davam edəcəyik”.
-
Zəncanda hava çirkliliyi təhlükəli həddə çatdı
-
Ötən il DVX xətti ilə büdcə daxilolmaları 15.8 mlrd. manatı ötüb
-
Rusiya XİN rəhbəri: Mirzoyan Moskvaya səfərə dəvət olunub
-
DGK: Ötən il qanunvericiliyi pozan şəxslərdə 33,5 kq qızıl-zinət əşyaları aşkarlanıb
-
Belarus Azərbaycana yeni səfir təyin edib
-
Kreml: ABŞ Cənubi Qafqazda destabilləşdirici rol oynayır
-
Lavrov: ABŞ “Türk axını”nı sıradan çıxarmaq istəyir
-
“Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur”
-
“Sabah”ın hücumçusu: Keçmiş oyunlar barədə düşünmək yox, qarşıdakı matçlara köklənmək lazımdır – MÜSAHİBƏ
-
NBA-da daha altı oyun keçirilib
-
Lavrov BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarı olduğunu bildirib
-
Azərbaycanlı təqaüdçülər yenidən etiraz aksiyası keçirdilər
-
9 terrorçu zərərsizləşdirilib
-
Kreml Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədə münasibət bildirib
-
Sabahın hava proqnozu açıqlanıb
-
Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
-
Səhiyyə Nazirliyi ixtioz və bullyoz epidermoliz xəstəlikləri ilə bağlı dərmanların dəyişdirilməsinə aydınlıq gətirib
-
BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır
-
Qarabağ Regional Təhsil İdarəsi əməkdaşlarının işdən azad olunması ilə bağlı xəbərlərə münasibət bildirib
-
Azərbaycanlı pianoçu ABŞ-də böyük uğur qazanıb
-
İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - ARAŞDIRMA
-
Ankarada zəncirvari qəzada 31 nəfər yaralanıb
-
Qərbi Azərbaycan İcması Ter-Petrosyanın çıxışı ilə bağlı bəyanat yayıb
-
İrəvan saat 22:00-da Rusiyaya tarixi xəyanət edəcək
-
Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığının inkişafı müzakirə edilib
-
Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edir - YENİLƏNİB
-
KİV: Tramp Administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı tutarlı plan yoxdur
-
Orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər üçün imtahan keçiriləcək
-
Çində zəlzələ baş verib
-
Lirik-psixoloji teatr məktəbinin yaradıcısı – Tofiq Kazımov
-
KİV: İsrail və HAMAS arasında girovlarla bağlı razılaşma bu gün elan edilə bilər
-
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
-
Hesabat: Tramp seçilməsəydi, mühakimə olunacaqdı
-
Ötən il istehlakçılara 176 mln. manatdan çox ƏDV geri qaytarılıb
-
“Əlcəzairlilər ədalətin bərpa olunmasına nail olacaq”
-
Bakı-Qazax yolunda 6 avtomobil toqquşub, xəsarət alan var - FOTO
-
Naxçıvan-Şahbuz yolunda avtomobil aşıb, xəsarət alan var
-
İranda avtobus qəzasında 25 nəfər xəsarət alıb
-
Nazirlik plastik cərrahlara müraciət edib
-
Vətən müharibəsinin iştirakçısı olan 23 nəfər prokurorluğa qulluğa qəbul edilib
-
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
-
Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin yeni siyahısı təsdiqlənib
-
Ceyhun Kərəmov: “Bu gün 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayırlar”
-
Deputat Zelenskiyə Kiyevi təhlükəsizlik olmadan keçməyi tövsiyə edib
-
Bakıda duman səbəbilə bir neçə təyyarə ehtiyat hava limanına yönləndirilib - YENİLƏNİB
-
Bu il dövlət büdcəsindən peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb
-
Suriyanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri gözlənilir
-
FETÖ əməliyyatında 19 şübhəli tutulub
-
Husilər İsrail Müdafiə Nazirliyinin binasına raket atıb
-
Juninyo "Flamenqo"ya keçib: Braziliyada olduğum üçün çox xoşbəxtəm
-
Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq
-
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 24.5 mlrd. manatı ötüb
-
Oryol bölgəsi kütləvi hücuma məruz qalıb - Qubernator
-
Gürcüstanda dövlət bayrağı günü qeyd olunur
-
Coratda silah-sursat aşkar edilib - VİDEO
-
Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıb
-
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
-
"Yaprak dökümü"nün tanınmış siması vəfat edib
-
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq
-
“Tramp və Putin İstanbulda görüşsün”