Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 24.5 mlrd. manatı ötüb İqtisadiyyat

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 24.5 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-dekabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 24 milyard 541,3 milyon manatdan çox olub ki, bu da 2023-cü illə müqayisədə 2,6 milyard manat və ya 12 faiz çoxdur.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, indiyədək ölkə ərazisində 104.019 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.