ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 776 ton və ya 609 min barel olub.
"APA-Economics" xəbər verir ki, bunun 65 987 tonunu xam neft (487 min barel), 14 789 tonunu (122 min barel) kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.
Beləliklə, Azərbaycan dekar ayında "OPEC+" çərçivəsində kvotasından 8 272 ton və ya 64 min barel geridə qalıb.