Azərbaycanda əhalinin gəlirləri 6%-dən çox artıb İqtisadiyyat

Azərbaycanda əhalinin gəlirləri 6%-dən çox artıb

2024-cü ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilə nisbətən 6,4% artaraq 83 milyard 93,4 milyon manat və ya hər nəfərə orta hesabla 8144,1 manat olub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əhalinin sərəncamında qalan gəlirləri 73 milyard 409,4 milyon manat təşkil edib.