2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 mlrd. manatdan çox olub İqtisadiyyat

2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 mlrd. manatdan çox olub

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% artaraq 37 milyard 164,2 milyon manat təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il büdcənin xərcləri isə 6.5% artaraq 37 milyard 719,7 milyon manata yüksəlib.

Ötən il dövlət büdcəsinin kəsiri 555,5 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 883,7 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən il üzrə dövlət büdcəsinin gəlirləri 36 mlrd. 388 mln. manat, xərcləri 39 mlrd. 742,3 mln. manat isə proqnozlaşdırılmışdı.