Azərbaycanda ötən il 38 mlrd. manatlıq neft və qaz istehsal olunub İqtisadiyyat

Azərbaycanda ötən il 38 mlrd. manatlıq neft və qaz istehsal olunub

Ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 179,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 1% çoxdur.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 38 009,6 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,2% çoxdur.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 28 997 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 38 668,6 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 6,2% artıb”, - məlumatda qeyd olunur.

Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 29 063 min ton neft (3,6% azalma) və 50 596,7 mln. kubmetr qaz (4,3% artım) hasil edilib.