Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 18%-dən çox artıb İqtisadiyyat

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 18%-dən çox artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ildə 18,5 milyon ton yük, 8531,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Xalqcebhesi.az-a verilən məlumata görə, 2023-cü illə müqayisədə yük daşınmasında 1,4%, sərnişin daşınmasında isə 18,7% artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 369 vaqon yüklənilib, 441 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,2 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.