Suriya Tartus limanının istismarını Rusiya şirkətindən geri alıb İqtisadiyyat

Suriya Tartus limanının istismarını Rusiya şirkətindən geri alıb

Suriyanın Tartus Liman İdarəsi Rusiyanın “Stroytransgaz” şirkətindən Tartus Limanının istismar hüququnu geri alıb və bununla da limanın bütün gəlirlərini Suriyaya qaytarıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bu qərardan sonra liman işçiləri yerli hökumətə tabe olacaq.

2019-cu ildə Suriya Tartus limanının istismarını 49 il müddətinə “Stroytransgaz”a verib.