AMB sədri: Bankların məcburi ehtiyat normalarının dəyişdirilməsi gözlənilmir İqtisadiyyat

AMB sədri: Bankların məcburi ehtiyat normalarının dəyişdirilməsi gözlənilmir

Bu il bankların məcburi ehtiyat normalarının dəyişdirilməsi gözlənilmir.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, məcburi ehtiyat normaları banklarda təmərküzləşmə meyillərinin aradan qaldırılmasına imkan yaradır.

“Son 3 il ərzində Mərkəzi Bankın ehtiyatları 54% artıb. Bu o deməkdir ki, Mərkəzi Bank 2022-ci ilin əvvəlinə olan ehtiyat həcminə 54% ekvalentində manat çap edib. Bank sektorunda çox lilvidlik var idi. Məcburi ehtiyat normaları imkan verdi ki, biz likvidliyi sterilizasiya edək” - deyə Taleh Kazımov əlavə edib.