Dünya bazarlarında neftin qiyməti 79 dollardan aşağı enib İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti 79 dollardan aşağı enib

Ötən gün dünya bazarlarında neft yenidən ucuzlaşıb.

"APA-Economics” xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,34% və ya 0,27 dollar azalaraq 1 barelə görə 78.73 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,33% və ya 0,25 dollar azalaraq 1 barelə görə 75.19 ABŞ dollarına bərabər olub.