"Azeri Light"ın qiyməti 82 dollardan aşağı enib İqtisadiyyat

"Azeri Light"ın qiyməti 82 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,52% azalaraq 81,99 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,42 dollar təşkil edib.