İlham Əliyev 3 fərman və 1 sərəncam imzaladı
23 Yanvar 19:31
23 Yanvar 19:31
23 Yanvar 17:29
23 Yanvar 11:57
23 Yanvar 09:43
Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 47,5%-dən 45%-ə endirib.
Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə bankın saytında məlumat verilib.
2024-cü ilin dekabr ayının sonunda Türkiyə Mərkəzi Bankı əsas dərəcəsini demək olar ki, iki ildən sonra ilk dəfə - 50%-dən 47,5%-ə endirmişdi.
Türkiyə Mərkəzi Bankı 2024-cü ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50% səviyyəsində saxlamışdı.
Türkiyədə illik inflyasiya dekabrın sonunda bir ay əvvəlki 47,09%-dən 44,38%-ə enib.
Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ölkənin yüksək inflyasiyanın davamlı və əhəmiyyətli dərəcədə azalma dövrünə qədəm qoyduğunu bəyan etmişdi.