Bəxtiyar Aslanbəyli: BP və SOCAR "Qarabağ" layihəsi üzrə danışıqlar aparır İqtisadiyyat

Bəxtiyar Aslanbəyli: BP və SOCAR "Qarabağ" layihəsi üzrə danışıqlar aparır

BP və SOCAR Böyük Britaniya şirkətinin "Qarabağ" neft yatağının işlənilməsi layihəsinə daxil olmasının şərtlərini müzakirə edir.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Şahdəniz" layihəsinin operatoru olan BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Vitse-prezident xatırladıb ki, ötən ilin sentyabrında BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu (AM) imzalanıb. Birinci blok "Qarabağ" neft yatağıdır, ikincisi isə Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir.