“Tramp Ukraynada müharibəni dayandıracaq məsələsi real görünmür”
24 Yanvar 20:57
Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlayıb.
Palatadan Xalqcebhesi.az-a bildirilib ki, audit Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyindә auditin predmetlәrinә aid әldә olunmuş sәnәdlәrә әsasәn 2022-2023-cü illәr әhatә olunmaqla hәyata keçirilib.
Pul vәsaitlәrinin hәrәkәtinә dair tәqdim edilmiş sәnәdlәrә әsasәn auditlә әhatә olunan dövrdә daxilolmaların hәcmi ümumilikdә 281351,9 min manat tәşkil edib. Tәqdim edilmiş sәnәdlәrә әsasәn pul vәsaitlәri üzrә hesabat illәrinin әvvәlinә vә sonuna olan qalıqlar nәzәrә alınmaqla xәrclәnmiş (mәxaric edilmiş) vәsaitin hәcmi auditlә әhatә olunan dövrdә ümumilikdә 210902,1 min manat olub.
Publik hüquqi şәxs tәşkilati hüquqi formasında yaradılaraq 11.02.2022-ci il tarixindәn dövlәt qeydiyyatına, 01.03.2022-ci il tarixindә isә ӘDV qeydiyyatına alınması şәraitindә 2022-ci ildә 5,8 milyon manat mәblәğindә vәsaitin dövlәt büdcәsindәn “ehtiyat vәsait” adı ilә ayrılmaqla fәaliyyәt ehtiyaclarına sәrf olunmasına baxmayaraq dövlәt sifarişi ilә tәyinatlı tәdbirlәrin hәyata keçirilmәsi üçün mәqsәdli vәsaitlәrin ödәnilmәsinә dair hәmin sifarişin şәrtlәrini tәnzimlәyәn müvafiq müqavilәnin bağlanılması tәmin edilmәyib; aidiyyәti hüquqi aktın tәlәblәrinә әmәl edilmәyәrәk 2022-ci ildә dövlәt büdcәsindәn “ehtiyat vәsait” adı ilә ayrılaraq fәaliyyәt ehtiyaclarına sәrf olunan vәsaitdәn ilin sonuna qalan 878,2 min manat mәblәğindә hissәsinin Maliyyә Nazirliyi ilә Dövlәt Ehtiyatları Agentliyi arasında növbәti il üçün bağlanmış “Dövlәt adından yaradılan publik hüquqi şәxsә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә” 10.01.2023-cü il tarixli müqavilәdә (müqavilәnin şәrtlәrindә) nәzәrә alınması tәmin edilmәyib; dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbatın düzgün müәyyәnlәşdirilmәmәsi şәraitindә 2022-ci ildә 45000 min manat, 2023-cü ildә 127516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44516,3 min manata bәrabәr olub; müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından 2 әdәd lokomotivin alınması tәyinatı üzrә ayrılmış 1 milyon manat mәblәğindә vәsaitin hesabına ümumilikdә 822,2 min manat xәrclәnәrәk 2 әdәd lokomotivin alınmasından sonra qalan 177,8 min manat mәblәğindә tәyinatı bәlli vәsaitin auditin keçirildiyi müddәtin sonunadәk agentliyin bank hesabında saxlanılıb vә dövlәt büdcәsinә qaytarılması tәmin edilmәyib.
Hesablama Palatası tәrәfindәn auditlә müәyyәn olunmuş nöqsan vә çatışmazlıqların aradan qaldırılması ilә bağlı tәdbirlәrin hәyata keçirilmәsi vә qanunvericiliklә müәyyәn edilmiş qaydada Hesablama Palatasına mәlumat verilmәsi mәqsәdilә müvafiq Kollegiya Qәrarının vә Auditor hesabatının surәtinin Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyi göndәrilmәsi; auditin nәticәlәri üzrә aşkar edilmiş aidiyyәti nöqsanlarla әlaqәdar qanunvericiliklә müәyyәn edilmiş sәlahiyyәtlәr çәrçivәsindә zәruri tәdbirlәrin hәyata keçirilmәsi üçün Maliyyә Nazirliyinә, Әmlak Mәsәlәlәri Dövlәt Xidmәtinә vә Dövlәt Vergi Xidmәtinә müvafiq mәktubların göndәrilmәsi; auditin müvafiq nәticәlәri ilә әlaqәdar Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinә mәlumatın tәqdim edilmәsi; Azәrbaycan Respublikasının Milli Mәclisinә auditin nәticәlәri barәdә mәlumatın verilmәsi tәklif edilir.