Avropada təbii qazın qiyməti 550 dolları ötüb İqtisadiyyat

Avropada təbii qazın qiyməti 550 dolları ötüb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2023-cü ilin noyabr ayının ortalarından ilk dəfə olaraq 550 ABŞ dollarını ötüb.

29 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 554,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (520,1 dollar) ilə müqayisədə 6,6% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.