AB missiyası yenidən sərhədimizdə: çəkilişlər aparıldı
1 Fevral 23:02
1 Fevral 23:02
1 Fevral 19:01
31 Yanvar 20:38
2024-cü il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 167 mln. 711 min manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% və ya 3 mln. 219 min manat azdır. Belə ki, 2023-cü ildə 170 mln. 930 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 129 mln. 997 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 32.8% və ya 32 mln. manat çoxdur. 2023-cü ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 97 mln. 909 min manat olub.
Sığorta yığımlarının azalması, ödənişlərin isəartması son bir ildə NVSMMİS üzrə zərərliliyi 35.3% artırıb. Belə ki, 2023-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 57.3 manatını ödənişə yönəltmişdirsə, ötən il bu rəqəm 77.5 manata yüksəlib.