Azərbaycanın ötən il qızıl ixracından gəlirləri 36% artıb İqtisadiyyat

Azərbaycanın ötən il qızıl ixracından gəlirləri 36% artıb

Ötən il Azərbaycan 165,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 36% çoxdur.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.

Məlumata görə, 2023-ci ildə qızıl ixracının ümumi dəyəri 121,5 mln. dollar təşkil edib.

Bildirilir ki, bu ötən ilin dekabrında Azərbaycandan 19,5mln. dollarlıq qızıl ixrac olunub, bu da illik müqayisədə 44,4 çoxdur.