Ötən il Azərbaycanın kərə yağı ixracı kəskin artıb İqtisadiyyat

Ötən il Azərbaycanın kərə yağı ixracı kəskin artıb

2024-cü il ərzində Azərbaycandan 78.4 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilib.

Xalqcebhesi.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, illik müqayisədə bu məhsulun ixracı 11.2 dəfə artıb. Belə ki, 2023-cü ildə ölkədən 7 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilmişdi.

Bu dövrdə Rusiyaya ixrac edilən bu məhsulun orta qiyməti 11.1 manat təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda 29 min 64.2 ton kərə yağı istehsal edilib.