Qazaxıstan "OPEC+" öhdəliklərini yerinə yetirmək üçün lazımi addımlar atacaq İqtisadiyyat

Qazaxıstan "OPEC+" öhdəliklərini yerinə yetirmək üçün lazımi addımlar atacaq

Qazaxıstan “OPEC+” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliklərini yerinə yetirmək və 2024-cü il üçün artıq hasilatı kompensasiya etmək üçün 2025 və 2026-cı illərdə lazımi tədbirlər görəcək.

Bu barədə “APA-Economics” Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir.

"”OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin dünənki 58-ci iclasının fonunda Qazaxıstan “OPEC+” sazişinə sadiqliyini təsdiqləyir. Qazaxıstan 2025 və 2026-cı illərdə öhdəliklərini yerinə yetirmək və 2024-cü il üçün artıq hasilatı kompensasiya etmək üçün lazımi tədbirlər görəcək", - məlumatda qeyd olunur.

Bildirilir ki, “Tengiz” neft-qaz yatağının genişləndirilməsi layihəsinin işə salınması ilə əlaqədar 2025-ci ildə neft hasilatının artmasına baxmayaraq, Qazaxıstan “OPEC+” sazişi üzrə öhdəliklərinə əməl etməyin vacibliyini təsdiq edir və beynəlxalq hüquq normaları çərçivəsində tərəfdaşlarla danışıqlar aparacaq.

Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.