Avropada yanvarda təbii qaz 6%-ə yaxın bahalaşıb İqtisadiyyat

Avropada yanvarda təbii qaz 6%-ə yaxın bahalaşıb

Bu ilin yanvar ayında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi, 27,9 kubmetr) 14,66 ABŞ dolları təşkil edib, bu da ötən ilin dekabr ayının göstəricisi ilə müqayisədə 5,8% çoxdur.

Bu barədə Xalqcebhesi.az Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabata istinadən xəbər verir.

Hesabata əsasən, ötən ilin dekabrında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 13,86 dollar təşkil edib.

Məlumata görə, yanvar ayında ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 4,1 dollar təşkil edib, bu da ötən ilin dekabrın göstəricisi ilə müqayisədə 35,8% çoxdur.

Bildirilir ki, 2024-cü ilin dekabrında ABŞ-da qazın 1 mln. BTU-ya üçün orta qiyməti 3,02 dollar səviyyəsində olub.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.