Sahibkarların manatla alınan kreditlərinə hesablanmış faizlərə görə subsidiyanın verilmə müddəti uzadılıb İqtisadiyyat

Sahibkarların manatla alınan kreditlərinə hesablanmış faizlərə görə subsidiyanın verilmə müddəti uzadılıb

Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bundan əvvəl bu müddət 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək olan dövrü əhatə edirdi.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.