Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
10 Fevral 23:24
10 Fevral 21:24
10 Fevral 21:24
10 Fevral 19:40
“Azərbaycanın 1993-cü ildə adambaşına düşən gəliri cəmi 110 ABŞ dolları idi. Lakin 30 il ərzində bu göstərici 60 dəfə artaraq 2023-cü ildə 6,660 ABŞ dollarına (Atlas metodu ilə hesablanan GNI per capita) çatıb. Azərbaycan öz təbii resurslarından səmərəli istifadə edərək bu səviyyəyə yüksəlib və bu, doğrudan da təsiredicidir”.
“APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində çıxış edən bankın Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce deyib.
O bildirib ki, bununla belə, Azərbaycanın hədəfləri daha da yüksəkdir. Yüksək gəlirli ölkəyə çevrilmək üçün fiziki investisiyalarla yanaşı, insan kapitalının inkişaf etdirilməsi, istedadların ölkədə saxlanması və iqtisadiyyatın diversifikasiyasına kömək edəcək güclü institutların yaradılması olduqca vacibdir.
“Bu gün biz 2024-cü il Dünya İnkişaf Hesabatının tövsiyələrindən necə faydalana biləcəyimizi və Azərbaycanın inkişaf yolunu daha da sürətləndirmək üçün hansı addımların atıla biləcəyini müzakirə edəcəyik. Dünya Bankı Qrupu olaraq, Azərbaycanla artıq 30 ildən çoxdur ki, əməkdaşlıq edirik. Ölkənin yüksək gəlirli statusa doğru irəliləməsi prosesində biz hökumətə və Azərbaycan xalqına dəstək verməyə daim hazırıq. Qarşıdakı çətinlikləri birlikdə dəf edə bilərik və qarşıdakı imkanlardan maksimum istifadə edə bilərik” - Rolande Pryce əlavə edib.