![Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/tramp-yeni.jpg)
Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
10 Fevral 23:24
10 Fevral 21:24
10 Fevral 21:24
10 Fevral 19:40
Dünya Bankı illər ərzində Azərbaycanda 50-dən çox investisiya layihəsi vasitəsilə enerjii, kənd təsərrüfatı, nəqliyyat və səhiyyə kimi əsas sektorları modernləşdirməyə kömək edib.
“APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, bu, yalnız iqtisadiyyatımızı gücləndirmədi, həm də həyat keyfiyyətini artırdı.
"Dünya Bankının ekspertizası iş mühitini yaxşılaşdırmağa və investisiyaları cəlb etməyə, yollar və suvarma sistemləri daxil olmaqla kritik infrastrukturu genişləndirməyə, rəqəmsal transformasiyanı təşviq etməyə və Azərbaycanın rəqabət qabiliyyətini artırmağa, iqlimə davamlılıq və yaşıl enerji həllərini dəstəkləməyə kömək edib. Gələcəyə baxarkən Dünya Bankı institutları gücləndirmək, innovasiyaları təşviq etmək və inklüziv artımı təmin etmək üçün əsas tərəfdaş olaraq qalır”- Şahmar Mövsümov əlavə edib.