Nazir müavini: Əsas kapitala yatırımların iqtisadiyyatda payı artırılmalıdır İqtisadiyyat

Nazir müavini: Əsas kapitala yatırımların iqtisadiyyatda payı artırılmalıdır

“Əsas kapitala yatırımların ÜDM-dəki payı hələ də 25%-dən aşağıdır və artırılmalıdır”.

“APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O bildirib ki, bununla belə, yalnız investisiyaların həcmini artırmaq kifayət deyil. İqtisadiyyatın dayanıqlı inkişafı üçün özəl sektorun payının artırılması da əsas şərtlərdən biridir.

Səməd Bəşirli qeyd edib ki, orta gəlir tələsindən yayınmaq üçün iqtisadi siyasət üç əsas istiqamətdə formalaşdırmalıdır.
Bunlardan biri özəl qeyri-neft investisiyalarının artırılmasıdır. Yerli iri korporasiyaların, xüsusilə bank sektoru və bəzi xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin inkişafına dəstək vermək önəmlidir.

Bundan əlavə, özəl sektorun ümumi investisiyalardakı payını artırmalı, Dövlət müəssisələrinin investisiya və ekspertiza potensialından istifadə edilməli, kiçik və orta sahibkarlığın (KOS) maliyyəyə çıxış imkanlarını genişləndirmək və onların insan kapitalını gücləndirmək vacibdir.

İkinci məsələ investisiya mühiti və ekosisteminin təkmilləşdirilməlidir: “ Xarici investisiyalar (FDI) üçün cəlbedici şərait yaradılmalı və qonşu ölkələrin investisiya təşviq proqramlarını nəzərdən keçirərək rəqabət qabiliyyətimizi artırmalıyıq”.
Nazir müavini əlavə edib ki, insan kapitalının inkişaf etdirilməsi istiqamətində isə texnologiya və innovasiya sahəsində yatırımlar artırmalıdır.