Azərbaycanda əmtəəlik kondensatın istehsalı 2% artıb İqtisadiyyat

Azərbaycanda əmtəəlik kondensatın istehsalı 2% artıb

Ötən il Azərbaycanda 5 292,34 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 5 284,29 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 1,95% artım deməkdir.

Xatırladaq ki, 2023-ci ildə Azərbaycanda 5 203,4 min ton qaz kondensatı hasil edilib, bunun da 5 183,4 tonu əmtəəlik məhsulun payına düşüb.