![Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/tramp-yeni.jpg)
Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
10 Fevral 23:24
10 Fevral 21:24
10 Fevral 21:24
10 Fevral 19:40
“Orta gəlir tələsi”nin iqtisadiyyatlara necə töhfə verəcəyi tövsiyələrin hansı səviyyədə icra edilməsindən asılıdır. Hər bir ölkə bunu fərqli edə bilər. Amma indi Azərbaycan xeyli investisiyalar yatırır və bizim iqtisadi artım proqnozumuz təqribən 3.2%-dir”.
Bunu “APA-Economics”ə açıqlamasında Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce deyib.
O bildirib ki, daha yüksək iqtisadi artım proqnozlaşdırmaq mümkündür. Bu, Bankın “Orta gəlir tələsi” hesabatı vasitəsilə təşviq etmək istədiyi məsələlərdən biridir.
“Sözügedən hesabatdan irəli gələn tövsiyələrin hansılarını tətbiq ediləcəyini və iqtisadi artıma konkret nə qədər töhfə verə biləcəyini hesablamaq üçün Azərbaycan hökumətilə oturub müzakirə etməliyik” - Rolande Pryce əlavə edib.
Qeyd edək ki, Dünya Bankı bu gün özünün illik qlobal hesabatı olan 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ını (World Development Report - WDR) Bakıda təqdim edib. Builki hesabat "Orta Gəlir Tələsi" adlanır və inkişaf etməkdə olan iqtisadiyyatların orta gəlir tələsindən qaçmaq və yüksək gəlir statusuna çatmaq üçün qarşılaşdıqları çağırışlar və imkanlar haqqında dərin təhlil təqdim edir.