İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib İqtisadiyyat

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 milyard 941 milyon 690 min manat, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 milyard 571 milyon 690 min manat olacaq.

Müəyyən edilib ki, 2025-ci ildə icbari tibbi sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra

№-si

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

2.1.

Dövlət büdcəsindən ayırmalar

1 416 405 000,00

2.1.1.

Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması

1 266 640 000,00

2.1.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

57 741 708,00

2.1.2.

Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait

149 765 000,00

2.2.

İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları

909 060 000,00

2.2.1.

Büdcədən maliyyələşən təşkilatlar üzrə:

318 358 600,00

2.2.1.1.

İşəgötürən

159 179 300,00

2.2.1.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

8 400 000,00

2.2.1.2.

İşçi

159 179 300,00

2.2.1.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

8 400 000,00

2.2.2.

Neft-qaz sahəsində fəaliyyəti olan və ya qeyri-büdcə dövlət sektoruna aid edilən sahələr üzrə:

241 087 600,00

2.2.2.1.

İşəgötürən

120 543 800,00

2.2.2.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 900 000,00

2.2.2.2.

İşçi

120 543 800,00

2.2.2.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 900 000,00

2.2.3.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə:

349 613 800,00

2.2.3.1.

İşəgötürən

174 806 900,00

2.2.3.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 700 000,00

2.2.3.2.

İşçi

174 806 900,00

2.2.3.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 700 000,00

2.3.

Fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar

17 000 000,00

2.3.1.

Vergi uçotuna alınmış fiziki şəxslərdən (fərdi sahibkarlardan, xüsusi notariuslardan, vəkillər kollegiyasının üzvlərindən)

16 500 000,00

2.3.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

750 000,00

2.3.2.

Mülki hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərdən

500 000,00

2.3.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 000,00

2.4.

Avtomobil benzininin, dizel yanacağının, maye qazın Azərbaycan Respublikasının ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar

140 625 000,00

2.4.1.

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının, maye qazın hər litrinə görə daxilolma

108 068 000,00

2.4.2.

Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma

5 159 000,00

2.4.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

20 000,00

2.4.3.

Pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma

2 948 000,00

2.4.3.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

40 000,00

2.4.4.

Siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma

24 070 000,00

2.4.4.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

2 137 000,00

2.4.5.

Energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma

380 000,00

2.4.5.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

2 000,00

2.5.

Digər daxilolmalar

88 600 000,00

2.5.1.

İcbari tibbi sığorta üzrə sərbəst vəsaitin idarə olunması üzrə gəlirlər

85 000 000,00

2.5.2.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar

3 600 000,00

  1. Müəyyən edilsin ki, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Sıra

№-si

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

3.1.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Aparatının (filial, idarə) saxlanılma xərcləri

33 500 000,00

3.2.

“Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin xərcləri

84 691 708,00

3.2.1.

Dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına ayrılmış vəsait

57 741 708,00

3.2.2.

İşəgötürən və işçi tərəfindən ödənilən sığorta haqları, digər sığorta haqları, habelə digər maliyyə mənbələrindən daxilolmalar hesabına ayrılmış vəsait (Naxçıvan Muxtar Respublikası üzrə daxilolmalar hesabına)

26 950 000,00

3.3.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin saxlanılma xərcləri

47 300 000,00

o cümlədən:

3.3.1.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Aparatının saxlanılma xərcləri

26 500 000,00

3.3.2.

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin saxlanılma xərcləri

10 100 000,00

3.3.3.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki digər hüquqi şəxslərin saxlanılma xərcləri

10 700 000,00

3.4.

İcbari tibbi sığorta ödənişləri və dotasiya məbləği, cəmi

2 655 721 292,00

3.4.1.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği

üzrə xərclər

1 720 956 292,00

o cümlədən:

3.4.1.1.

Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər

6 000 000,00

3.4.1.2.

İşğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri

2 500 000,00

3.4.2.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi

464 765 000,00

o cümlədən:

3.4.2.1.

Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait

149 765 000,00

3.4.2.2.

Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər

200 000 000,00

3.4.2.3.

Tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər

25 000 000,00

3.4.2.4.

Tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması

28 000 000,00

3.4.2.5.

Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülə bilən tikililərin, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması xərcləri

35 000 000,00

3.4.2.6.

Xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması

10 000 000,00

3.4.2.7.

İcbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılması üçün tibb müəssisələrində İT infrastrukturunun qurulması ilə bağlı xərclər

17 000 000,00

o cümlədən:

3.4.2.7.1.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin məlumat mərkəzlərində informasiya təhlükəsizliyinin qorunması və elektron sistemlərin davamlı fəaliyyətinin təmin edilməsi (qeyri-maddi aktivlərin və avadanlığın alınması, quraşdırılması,

sazlanması, proqram təminatı, texniki dəstək və lisenziyalar) xərcləri

15 000 000,00

3.4.2.7.2.

Digər xərclər

2 000 000,00

3.4.3.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olmayan tibb

müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri

430 000 000,00

3.4.4.

Aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi

40 000 000,00

3.5.

Sair xərclər

20 000 000,00

3.6.

Sığorta ehtiyatları

96 877 000,00

3.6.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

3 387 668,00

3.7.

Yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin

maliyyələşdirilməsi xərcləri

3 500 000,00

3.8.

Bank xərcləri

100 000,00

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.