Ötən il Azərbaycanda 1.4 mln. tona yaxın un istehsal edilib İqtisadiyyat

Ötən il Azərbaycanda 1.4 mln. tona yaxın un istehsal edilib

2024-cü ildə Azərbaycanda 1 milyon 363.7 min ton buğda unu istehsal edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2.7% və ya 35.7 min ton artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda 1 milyon 327.9 min ton buğda unu istehsal edilmişdi.

Hesabat dövründə istehsal edilən unun 1 milyon 342.8 min tonu əmtəəlik olub, bunun da 1 milyon 341.4 min tonu satış üçün göndərilib.

Qeyd edək ki, ötən il ölkəyə 279,7 milyon ABŞ dolları dəyərində 1 milyon 292 min ton buğda idxal edilib.

Xatırladaq ki, 2024-cü il ərzində Azərbaycanda 1 milyon 196.8 min ton çörək istehsal olunub.