![Dövlət başçısı: Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/67ac3c6c9183a67ac3c6c9183b173934090867ac3c6c9183867ac3c6c91839.jpg)
![Dövlət başçısı: Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/67ac3c6c9183a67ac3c6c9183b173934090867ac3c6c9183867ac3c6c91839.jpg)
ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu yeniləyib.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci ildə ildə ölkədə ortalama gündəlik neft hasilatı 630 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).
EIA-nın ehtimalına görə, gələn il ölkədə qeyd olunan göstərici 610 min barel təşkil edəcək (öncəki proqnoz göstəricisi - 620 min barel).
Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.
Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində olub.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel olub.