ABŞ neft qiyməti üzrə proqnozunu artırıb İqtisadiyyat

ABŞ neft qiyməti üzrə proqnozunu artırıb

ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 74,31 ABŞ dollarından 74,5 dollaradək yüksəldib.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə WTI markalı neftinin qiyməti 70,62 dollar (öncəki proqnoz – 70,31 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu açıqlayıb. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 66,46 dollar, WTI-ın isə 62,46 dollar (proqnoz göstəriciləri dəyişməyib).

Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftinin qiyməti müvafiq olaraq 80,56 dollar və 76,6 dollar təşkil edib.