![“Azərbaycan dünyanı narahat edən məsələlərin həlli üçün real addımlar atır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476106273_1291648528834236_6923453879535932076_n.jpg)
![“Azərbaycan dünyanı narahat edən məsələlərin həlli üçün real addımlar atır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476106273_1291648528834236_6923453879535932076_n.jpg)
12 Fevral 23:00
Fevralın 12-da kriptovalyuta birjalarında "Bitkoin" yenidən bahalaşıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:24-də “CoinMarketCap” platformasında 0,90% bahalaşaraq 96 731 ABŞ dollarına yüksəlib.
Son bir gündə paralel olaraq "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyuta 4,39% dəyər qazanıb və qiyməti 2719 dollara bərabər olub. İlk beşlikdə olan XRP 2,5%, Tether 0,02%, BNB isə 12,33% bahalaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.