![Nyu-York birjasında təbii qaz bahalaşıb](https://xalqcebhesi.az/media/2025/02/13/67ad84676aaa367ad84676aaa4173942487167ad84676aaa167ad84676aaa2.jpg)
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
"APA-Economics" xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,85% artaraq 3,648 ABŞ dolları təşkil edib.