Ötən il dövlət istiqrazları üzrə investorlara 1.9 mlrd. manata yaxın vəsait geri qaytarılıb İqtisadiyyat

Ötən il dövlət istiqrazları üzrə investorlara 1.9 mlrd. manata yaxın vəsait geri qaytarılıb

2024-cü il ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1.888,7 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, dövlət büdcəsinin borca xidmət xərcləri hesabına 170,3 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib. Qeyd olunanlarla yanaşı, 2024-cü il ərzində “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 7.1-ci maddəsinə uyğun olaraq daxili dövlət borcu üzrə 230,7 milyon manat məbləğində faiz və diskont ödənişləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına yerinə yetirilib.