Azərbaycan ərazisindən Şərq-Qərb dəhlizi ilə daşınmış yüklərin həcmi açıqlanıb İqtisadiyyat

Azərbaycan ərazisindən Şərq-Qərb dəhlizi ilə daşınmış yüklərin həcmi açıqlanıb

Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi 33 258 min ton, yük dövriyyəsi isə 13 198,3 mln. ton-km olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4% və 2,5% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 394,2 min ton təşkil edib.

Məlumata görə, yüklərin 15 277,6 min tonu və ya 46%-i dəmir yolu nəqliyyatı, 10 090 min tonu və ya 30,3%-i avtomobil nəqliyyatı, 7 890,4 min tonu və ya 23,7%-i dəniz nəqliyyatı ilə daşınıb.

Hesabat dövründə nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18 840,1 min tonunu tranzit yüklər təşkil edib.