Bakıda Dövlət mənzil fonduna aid binaların təmirinə 48 mln. manatdan çox vəsait xərclənəcək İqtisadiyyat

Bakıda Dövlət mənzil fonduna aid binaların təmirinə 48 mln. manatdan çox vəsait xərclənəcək

Dövlət mənzil fonduna aid binaların təmirinə başlanılacaq.

"APA-Economics" xəbər verir ki, bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC iki tender elan edib.

Birinci müqavilədə Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 24,5 milyon manatdır.

Digər müqavilə üzrə isə Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin ehtimal olunan qiyməti 24 milyon manatdır.