Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Fevralın 26-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:42-də “CoinMarketCap” platformasında 3.58% ucuzlaşaraq 88 665 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.89% azalaraq 2 483 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.36%, Tether 0.11% ucuzlaşıb, BNB isə 1.77% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.