
Azərbaycan Pakistan üçün mühüm tərəfdaşdır
26 Fevral 23:25
26 Fevral 23:25
Azərbaycanda qiymətli kağızlar bazarı haqqında yeni qanun layihəsi hazırlanır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev deyib.
Onun sözlərinə görə, qiymətli kağızlar bazarı haqqında qanun 2015-ci ildə qəbul edilib:
"Bu günə qədər müəyyən dəyişikliklər və əlavələr olub. Ancaq tam olaraq bazarın tələblərinə, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun diaqnostikasını aparırıq. Azərbaycan Mərkəzi Bankı bu işlə məşğuldur. AFBİA-da sırf praktiki olaraq bazarda yaşanan çətinliklər barədə müzakirələr aparır. Qanun yenilənməsi qısa zamanlı iş deyil. Proses uzun çəkir, ən yaxşı halda 1 il davam edir. Ümid edirik ki, maksimum 1-1,5 ilə bu proses yekunlaşacaq. Həm bazarın inkişafına töhfə verəcək, həm də investorların hüquqlarının müdafiəsi və digər istiqamətlərdə bizneslərin bu sahəyə marağının artırılmasına səbəb olacaq qanunvericilik hazırlanacaq”- Murad Yəhyayev əlavə edib.