
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
27 Fevral 21:46
27 Fevral 21:46
27 Fevral 17:09
27 Fevral 17:04
26 Fevral 23:25
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, bir sıra qanunlarda dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə olundu.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
“İclasda təqdim etdiyim dəyişikliklərdə mühüm məqamlardan biri də bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində səlahiyyətin tənzimlənməsini ilə bağlı idi. Yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək. Dəyişikliklərə əsasən, bələdiyyə torpaqlarının qiyməti qiymətləndiricilər tərəfindən müəyyənləşdiriləcək
Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsi, maraqların toqquşmasının qarşısının alınması və sui-istifadə hallarının aradan qaldırılması baxımından vacib idi”, - o qeyd edib.