Yakub Sefer: Ən önəmli məsələ Zəngəzur dəhlizinin açılmasıdır İqtisadiyyat

Yakub Sefer: Ən önəmli məsələ Zəngəzur dəhlizinin açılmasıdır

"Hazırda ən önəmli məsələ Zəngəzur dəhlizinin açılmasıdır”.

“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Yakub Sefer deyib.

O bildirib ki, dəhlizin açılması tranzit daşımaları, ticarət əlaqələrinin genişlənməsinə böyük təsir edəcək.

"Bu baxımdan Ələt iqtisadi zonası çox önəmlidir və bölgə logistik mərkəzə çevriləcək. Bununla belə, dəhliz üzrə infrastrukturun gücləndirilməsi üçün Qazaxıstan və Türkmənistandakı liman infrastrukturun gücləndirilməsi lazımdır. Digər məsələ isə Ələt limanındakı ro-ro gəmilərinin yenilənməsidir. Hazırda istifadə edilən bu gəmilər çox köhnədir”- Yakub Sefer əlavə edib.