

Xalqcəbhəsi.az xəbər verir ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək sosial media hesabından fevral ayı inflyasiya məlumatları ilə bağlı açıqlama verərək, "9 aydır azalan illik inflyasiya fevralda yüzdə 39,1 oldu. Əsas mallar üzrə illik inflyasiya keçən ilin eyni ayına görə 32 bal azalaraq yüzdə 21,7, xidmət inflyasiyası isə 35 bal azalmaqla yüzdə 59,8 oldu. Dezinflyasiya prosesini dəstəkləyən maliyyə və gəlir siyasətləri ilə gözləntilərin yaxşılaşması sayəsində inflyasiyadakı davamlı eniş xəttini davam etdirməsini gözləyirik. Vətəndaşlarımızın alıcılıq qabiliyyətini və gəlir bölgüsünü qalıcı şəkildə yaxşılaşdıracaq qiymət sabitliyinə nail olmaq üçün siyasətimizi qətiyyətlə həyata keçirəcəyik” deyib.