“Azərişıq”: Azərbaycanda elektrik şəbəkələrinin 60%-dən çoxunun yenidən qurulmasına ehtiyac var İqtisadiyyat

“Azərişıq”: Azərbaycanda elektrik şəbəkələrinin 60%-dən çoxunun yenidən qurulmasına ehtiyac var

Ölkə üzrə elektrik şəbəkələrinin 60%-dən çoxunun yenidən qurulmasına ehtiyac var.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov deyib.

Ramil Yusifov bildirib ki, ən yaxşı beynəlxalq təcrübənin öyrənilərək səmərəlilik tətbiq edilməsi üzrə işlər davam etdirilməkdədir: “Ölkə üzrə şəbəkələrin 60%-dən çoxunun yenidən qurulmasına ehtiyac var. Regionlarda olan şəbəkələrinin əsas hissəsi 1950-1960-cı illərdə qurulan şəbəkələrdir. İlk dəfə olaraq Azərbaycanda paylayıcı enerji şəbəkələrində yerlə əlaqə olmayan, qısaqapanma səbəbindən işıq sönmələrinə səbəb olmayan materiallardan istifadə olunur. Bu materiallarda korroziya və aşınma ilə əlaqədar təhlükəli hallar olmur, qəza halları da azalır. Hər il ümumilikdə 1,1 milyon kilovat saat qənaət olunacaq elektrik enerjisi ortaya qoyacağıq. Enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 faizdən 8,5 faizə aşağı salınıb. Bu göstəricilər dünyanın ən qabaqcıl ölkələrinin nəticələri səviyyəsinə çatdırılmaqdadır.”.