Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı açıqlanıb İqtisadiyyat

Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı 2,2 milyon nəfər təşkil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İnformasiya və Telekommunikasiya Agentliyinin (İKTA) ötən ilin yekunlarına dair hesabatında qeyd olunub.

Məlumata görə, ötən il Azərbaycanda fəaliyyət göstərən operator və provayderlərin sayı 168-ə çatıb. Bu da 20 il öncə ilə müqayisədə 158 yeni şirkətin telekommunikasiya bazarına daxil olması deməkdir.