ABŞ-də kommersiya neft ehtiyatları 434 mln. barelə yaxınlaşıb İqtisadiyyat

ABŞ-də kommersiya neft ehtiyatları 434 mln. barelə yaxınlaşıb

ABŞ-də kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra 3 614 min barel artıb və 433 775 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 600 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.