

Martın 6-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti yenidən 90 min dolları ötüb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 6.27% bahalaşaraq 92 350 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 6.28% artaraq 2 308 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.99%, BNB 3.08%, Tether isə 0.01% bahalaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.