BP bu il Azərbaycanda platformaların dayandırılmasını planlaşdırmayıb İqtisadiyyat

BP bu il Azərbaycanda platformaların dayandırılmasını planlaşdırmayıb

Böyük Britaniyanın BP neft-qaz şirkəti Azərbaycandakı əməliyyatları çərçivəsində planlı profilaktik işlərin aparılması üçün Xəzər dənizində yerləşən platformaların dayandırılmasını nəzərdə tutmayıb.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

“Bu ilə heç bir platformanın dayandırılması nəzərdə tutulmayıb”, - Tamam Bayatlı bildirib.

Qeyd edək ki, BP Azərbaycanda iki böyük karbohidrogen layihəsinin - “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağı bloku və “Şahdəniz” qaz-kondensat yatağının operatorudur.

Xat;rladaq ki, AÇG-də hasilat “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ACE platformalarından aparılır.

“Şahdəniz”də isə qazın və kondensatın istehsalı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarında yerinə yetirilir.