

Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinə daxil olan neft müəyyən edilmiş xüsusi spesifikasiyaya uyğun olmalıdır.
Bu barədə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “APA-Economics”in Qazaxıstanın Azərbaycan ərazisi ilə neftin tranzitinin artırılması planları ilə bağlı suala cavab verərək deyib.
“BTC istifadəyə veriləndən ona daxil olan neft üçün xüsusi spesifikasiya müəyyən edilib. Ancaq bu tələblərə cavab verən neft kəmərə daxil ola bilər” , - Tama Bayatlı qeyd edib.
Onun sözlərinə görə, BTC ilə dünya bazarlarına çıxarilən neft “Azer Light”ın qiyməti məs onun xüsusiyyətlərinə görə qoyulur.
“Hazirda BTC ilə “Azəri-Çıraq-Günəşlı” nefti, “Sahdəniz”dən kondensatı, Qazaxıstan və Türkmənistandan çatdırılan neft və Azərbaycanın diqər yataqıarında hasil edilən “qaza qızıl” nəql olunur. Həmin bu həcmlər ACG-yə daxil olanda onların göstəriciləri ölçülür və bu qarışıq müəyyən edilən spesifikasiya uyğun deyilsə, o, kəmərə buraxılmır. Yəni, o həcmdə digər neftləri BTC-yə qəbul edəcəyik ki, həmin həcm bizim “Azeri Light”ın keyfiyyətinə təsir ertməsin”, - Tamam Bayatlı vurğulayıb.
“BTC Ko.”nun səhmdarları: BP (30,1%), SOCAR (32,97%), MOL (8,9%), TPAO (6,53%), “Eni” (5%), TotalEnergies (5%), ITOCHU (3,4%), ONGC Videsh (3,1%), “ExxonMobil” (2,5%) və INPEX (2,5%).