Neft Fondu bu il qızıl ehtiyatlarını 170 tona çatdıracaq İqtisadiyyat

Neft Fondu bu il qızıl ehtiyatlarını 170 tona çatdıracaq

Azərbaycan Dövlət Neft Fondu bu il qızıl ehtiyatlarını 170 tona çatdıracaq.

“APA-Economics” xəbər verir ki, bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O bildirib ki, 2024-cü ildə Fond 44,8 ton qızıl alınıb və 41 tonu ölkəyə gətirilib. Ehtiyatların həcmi isə 146.6 tona çatdırılıb.
“Qızıl alışları davam etdirilir və bu ilin aprel-may aylarında alışların davam etdirilməsi və 170 tona, portfeldə payı isə 25%-ə çatdırılması planlaşdırılır”- Fərhad Zeynalov əlavə edib.