“Brent” nefti 70 dollardan aşağı ticarət olunur İqtisadiyyat

“Brent” nefti 70 dollardan aşağı ticarət olunur

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 69,23 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,2% azalaraq 1 barelə görə 65,9 ABŞ dollarına bərabər olub.