Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 12-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi bahalaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:35-də “CoinMarketCap” platformasında 2.05% bahalaşaraq 81 870 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.98% azalaraq 1 874 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.05%, BNB isə 2.54% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.